20:04
(077) 610-22-33

Milli Məclis bəyanat verdi

  • >
207 21 İyun 2013 12:46 | Cəmiyyət

Azərbaycan Milli Məclisi Avropa Parlamentinin iyunun 13-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə dair etiraz bəyanatı qəbul edib.

APA-nın məlumatına görə, bəyanatı bununla bağlı yaradılmış İşçi Qrupunun rəhbəri, vitse-spiker Valeh Ələsgərov oxuyub.

Bəyanatda deyilir ki, Azərbaycan Avronest Parlament Assambleyasının təsisçilərindən biridir, Avropa Birliyi ilə assosiativ saziş hazırlanır: "İyunun 13-də Azərbaycanla bağlı məsələnin Avropa Parlamentinin plenar iclasında müzakirəyə çıxarılması və qətnamə qəbul etməsi anlaşılan deyil. Avropa Parlamentinin məsələni dəqiqləşdirmədən, tələm-tələsik belə bir qətnamə qəbul etməsi təəssüf doğurur. Bir sıra şəxslərin həbs müddətinin uzadılması yeni halların üzə çıxması ilə bağlıdır. Həbs edilmiş şəxsin qeyd-şərtsiz, təcili azad edilməsi tələbi qəbuledilməzdir".

Bildirilir ki, Azərbaycanda rəsmən prezident seçkiləri kampaniyası başlamayıb, prezidentliyə namizədlər qeydiyyatdan keçməyib: "Cinayət Məcəlləsinə edilən dəyişikliklər də "Diffamasiya haqqında" qanunun qəbuluna heç bir maneə törətmir. İnternetlə bağlı hər hansı problem yoxdur. Azərbaycan xalqı demokratik inkişaf yolu tutub. Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli mexanizmi var. Azərbaycanın insan hüquqlarını pozan bir dövlət kimi Avropa Parlamentində müzakirəyə çıxarılması qeyri-obyektiv hal kimi qiymətləndirilməlidir. Bu, Avropa Birliyinin Azərbaycanla bağlı siyasətini fərqli istiqamətə yönəltməyə cəhddir. Bu, yeni qaz dəhlizi ilə bağlı qərarın qəbulu və prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsinə təsadüf edir və iqtisadi maraqlardan xəbər verir. Azərbaycan müstəqil dövlətdir və onun Avropa Birliyi ilə münasibətləri hüquq bərabərliyi əsasında inkişaf etdir. Heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz".

Daha sonra bəyanatla bağlı müzakirə açan deputatlar təkliflərlə çıxış ediblər. Məlahət İbrahimqızı bildirib ki, bəyanatda bunun məhz Avropa Parlamentinin 32 deputatının qəbul etdiyi sənəd olduğu xüsusi vurğulanmalıdır. Deputat Sabir Rüstəmxanlı isə bildirib ki, bəyanat çox təkəbbürlü hazırlanıb: "Bunu bu qədər təkəbbürlə, məsələn, "heç kim bizə böyük qardaş olmaz, biz müstəqil dövlətik!" və sair formada etmək, məncə, düzgün deyil. Hamı bilir ki, biz müstəqilik, bunu tez-tez kimə xatırladırıq? Həm də bu qədər təkəbbürlə, lovğalıqla danışmaqdansa, daha diplomatik dildə yazmaq olar".

Bəyanat səsə qoyularaq oxunduğu mətndə qəbul olunub.

AzNews.az
Bağla X