Mikayıl Cabbarov Şamaxıda vətəndaşları qəbul etdi

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Şamaxıda vətəndaşlarla regional görüş keçirib.


Görüşdə nazir Şamaxı, İsmayıllı, Qobustan, Ağsu, Kürdəmir rayonlarının sakinlərini qəbul edib. M.Cabbarov 70-dən artıq vətəndaşı dinləyərək, onların şikayət və təklifləri ilə tanış olub. Nazir görüşdə vətəndaşların müraciət və şikayətləri ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib.

Vətəndaşların müraciətləri əsasən işlə təmin olunmaq, diplomların tanınmasında yaranmış problemlər, xaricdə təhsil, yeni məktəblərin tikilməsi və məktəblərin təmiri ilə bağlı olub. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

AzNews.az