“Ermənistanın sütunu terorrizm üzərində qurulub”

"Ermənistan dövlətinin siyasəti iki əsas sütun - beynəlxalq terrorizm və narkoticarət üzərində qurulub".

AzNews.az-ın məlumatına görə, bu sözləri "Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud deyib.

O bildirib ki, müxtəlif qeyri-hökumət təşkilatlarının hesablamasına görə, hazırda dünyada təxminən 200 milyondan çox insanın "ağ ölüm"ün istifadəçisinə çevrilməsi, beynəlxalq narkobiznesin illik gəlirinin 400 milyard dolları keçməsi sözügedən məsələnin nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyinin göstəricilərindəndir: "Təəssüflər olsun ki, bu gün müəyyən dövlətlər də beynəlxalq terrrorizmin himayəçisinə çevirilərək, bütün dünya, o cümlədən yerləşdikləri region ölkələri üçün açıq təhlükə mənbəyinə çevrilirlər".

Birlik sədrinin sözlərinə görə, aparılan araşdırmalar və ölkəmizin xüsusi xidmət orqanlarının məlumatları göstərir ki, Azərbaycanın işğal altında olan ərazilərində narkotik vasitələrin istehsalı ildən-ilə artır: "Dünyanın nüfuzlu araşdırma mərkəzlərinin, həmçinin, Ermənistanın bir sıra QHT-lərinin hesabatlarında işğalçı ölkənin iqtisadiyyatının tənəzülü, kəskin sosial problemlər, maliyyə qıtlığı, yüksək faizli miqrasiyanın olması inkaredilməz faktlar kimi göstərilir. Belə olan halda aydın məsələdir ki, Ermənistan və onun yaratdığı oyuncaq separatçı qurum Azərbaycan torpaqlarındakı qanunsuz fəaliyyətini davam etdirmək üçün başlıca yolu narkotik plantasiyalarının salınmasında, onların emalında və qanunsuz dövriyyəsində görür".

E.Behbud beynəlxalq səviyyədə narkotiklərlə mübarizə aparan təşkilatların bu məsələ barədə daha ətraflı düşünəcəyinə və Azərbaycanın nəzarətdən kənar ərazilərinə - işğal faktına artıq bir dövləti deyil, bütün dünyanı təhdid edən ciddi, qlobal problem kimi yanaşaraq, onun həlli üçün real addımlar atacağına ümid etdiyini bildirib.

Anar
AzNews.az