Azərbaycan İlqar Məmmədovun işi ilə bağlı AİHM-ə cavab göndərib


Azərbaycan hakimiyyəti həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə cavab göndərib.

Bu barədə AzNews.az REAL-ın icra aparatının sədri Natiq Cəfərli məlumat verib. O bildirib ki, hazırda onlar Azərbaycan tərəfinin AİHM-ə göndərdiyi cavabın onlara göndərilməsini gözləyirlər: "Vəkillərimiz bu mətnlə tanış olduqdan sonra hakimiyyətin AİHM-ə verdiyi cavaba şərh yazacaqlar".

Qeyd edək ki, Avropa Məhkəməsi İ.Məmmədovun işi ilə bağlı çıxardığı qərardan Azərbaycan hökumətinə iyunun 18-nə kimi öz mülahizələrini təqdim etmək təklif etmişdi

Xatırladaq ki, İlqar Məmmədovu yanvarın 23-24-də İsmayıllı şəhərində iğtişaşları təşkil etməkdə ittiham edilir.

AzNews.az