18:27
(077) 610-22-33

  • >
535 24 İyun 2013 20:15 | Cəmiyyət

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 28 iyun 2013-cü il tarixində saat 11:00-dan Gəncə şəhərində vətəndaşların qəbulu keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, qəbulda yalnız Gəncə şəhərinin, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Göygöl və Samux rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin inzibati binasında (ünvan: Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 110) 25 iyun 2013-cü il tarixində saat 14:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

AzNews.az
Bağla X