21:02
(077) 610-22-33

Kəmaləddin Heydərov Gəncədə vətəndaşları qəbul edəcək

  • >
234 24 İyun 2013 21:35 | Cəmiyyət

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu il iyunun 28-də Gəncə şəhərində qəbul keçirəcək.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, qəbul saat 11:00-dan nazirliyin Gəncə Regional Mərkəzinin inzibati binasında başlayacaq.

Nazirlik bildirib ki, qəbulda yalnız Gəncə şəhərinin, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Göygöl və Samux rayonlarının sakinləri və həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Bu il iyunun 25-də saat 14.00-dan etibarən FHN-nin Gəncə Regional Mərkəzinin inzibati binasında (ünvan: Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 110) qəbula gələn vətəndaşların qeydiyyatı başlayacaq.

Məlumatda vurğulanıb ki, qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

AzNews.az
Bağla X