Cəzaçəkmə müəssisələrində HİV-ə yoluxanların sayı artıb

Keçən il 230 milyon insan, yəni dünyanın 5 faizi narkotiklərdən ən azı bir dəfə istifadə edib.

Bunu Bakıda keçirilən "Narkomanlıqla mübarizədə gənclərin rolu" adlı konfransda BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Bruk açıqlayıb.

Onun sözlərinə görə, bu, BMT-nin Qlobal Narkotik Hesabatına öz əksini tapıb; "İndi dünya əhalisinin 0,6 faizi narkotik istifadəçisidir. Narkotik istifadəçilərinin 15 milyon nəfəri narkotik asılılığı olanlar. 2012-ci ildə dünya əhalisinin 1,3 faizi, təxminən 15- 64 yaşarası insan narkotik istifadəsindən həyatını itirib".

Antonius Bruk dedi ki, narkotik istifadəçilərinin 40%-i hepatit C xəstəliyindən əziyyət çəkir

"Bunların çoxu da HİV-lə yaşayanlardır. Azərbaycan cəzaçəkmə müəssisələrində isə HİV-ə yoluxanların sayı 2,5 faizdən 5,8 faizə qalxıb. Bu gün Azərbaycanın böyük narkotik tranzitinin üzərində yerləşməsi ölkədə narkotikadan istifadənin, alverinin artmasına ciddi təsir göstərir. Azərbaycanda narkotik və onun istifadəçilərinə qarşı böyük mübarizə elan edib. Hüquq mühafizə orqanlarının atdığı addımlar bunu bir daha təsdiq edir". (anspress)

AzNews.az