İlham Əliyev Niderland Krallığının səfirini qəbul etdi

Bu gün prezident İlham Əliyev Niderland Krallığının ölkəmizdəki səfiri Aryen Peter Uyterlindeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında ikitərəfli münasibətlərin razılıq doğurduğu, inşaat, memarlıq, su, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən birgə layihələrin önəmli olduğu bildirilib.

Eyni zamanda əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. Söhbət zamanı münasibətlərimizin möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb və ikitərəfli əlaqələrimizin gələcəkdə daha da genişləndiriləcəyinə əminlik ifadə edilib.//AzərTac//

AzNews.az