ABŞ səfiri “NİDA“çılarla bağlı bəyanat verdi

ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar NİDA vətəndaş hərəkatının həbsdə olan üzvləri ilə bağlı bəyanat verib.

Səfirlikdən verilən məlumata görə, bəyanatda qeyd olunur:

"Mətbuatın məlumatına əsasən N!DA təşkilatının iki üzvü, Zaur Qurbanlı və Rəşad Axundov barəsində qəbul edilmiş həbs-qəti imkan tədbirinin müddəti uzadılıb. Biz adıçəkilən şəxslərin və yazda keçirilmiş nümayişlər nəticəsində həbs edilmiş digər şəxslərin məhkəmə işlərini narahatlıqla izləməkdə davam edirik. Biz hökuməti saxlanılan bütün şəxslərin məhkəmə işləri üzrə müvafiq prosesi və qanun aliliyini, o cümlədən, təxirəsalınmaz, ədalətli və şəffaf məhkəmə proseslərini təmin etməyə çağırırıq. Biz bu məhkəmə işlərini yaxından izləməyi və həmin məhkəmə işlərinə dair hökumətlə müzakirələr aparamağı davam etdirəcəyik".

AzNews.az