20:58
(077) 610-22-33

Sürüşdürülən tarixi bina istifadəyə veriləcək

  • >
761 26 İyun 2013 21:26 | Cəmiyyət


2 ay öncə sürüşdürülən tarixi bina sentyabrda sakinlərin istifadəsində veriləcək. Hazırda binada son təmir-tikinti işləri gedir.

Xatırladaq ki, Füzuli küçəsi, 39 ünvanında yerləşən 18 min ton ağırlığında olan 3 mərtəbəli tarixi bina 10 metr yarım arxaya sürüşdürülüb. Sürüşdürülmə prosesi binanın alt hissəsinə yerləşdirilən 210 ədəd hidravlik qurğunun köməyi ilə həyata keçirilib.

Qeyd edək ki, adıçəkilən bina hələ 1908-ci ildə neft maqnatları İsa və Kazım bəy Hacınski qardaşları tərəfindən inşa olunub. Onun sürüşdürülməsində məqsəd tarixi memarlıq nümunəsi kimi qorunması və Füzuli küçəsinin genişləndirilməsidir.//azvision//

AzNews.az
Bağla X