08:24
(077) 610-22-33

“Hüseyn Abdullayevi 7 ilədək həbs gözləyir“

  • >
434 27 İyun 2013 10:06 | Cəmiyyət

"Mən inanmıram ki, bu həbs baş tutsun"


Milli Məclisin sabiq deputatı, tanınmış bəstəkar Hüseyn Abdullayevi 3 ildən 7 ilədək həbs gözləyir.

Bu barədə modern.az saytına hüquqşünas Aslan İsmayılov bildirib. Keçmiş deputat barəsində açılan cinayət işini şərh edən A.İsmayılovun sözlərinə görə, qanunverciliyin tələbinə uyğun olaraq H.Abdullayev həbs olunarsa, ona 7 ilədək həbs cəzası tətbiq olunacaq.

"Qanunun tələbinə müvafiq olaraq bu maddə ilə 3 ildən 7 ilədək həbs gözlənilir. Amma mən inanmıram ki, bu həbs baş tutsun. Bu siyasi xarakterli olduğu üçün inanmıram ki, hansısa bir ölkə Hüseyn Abdullayevi həbs edib Azərbaycana təhvil verəcək"-deyə A.İsmayılov bildirib.

Qeyd edək ki, sabiq millət vəkili Hüseyn Abdullayev barəsində axtarış elan edilib. Ona qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işçi qaldırılıb.

Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

"Oğuz eli" İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu. Sonradan onu zadlığa buraxdılar.
2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, onu namizəd kimi qeydə almadılar.

Onun "Susma!" mahnısı üzə çıxandan sonra H.Abdullayev özünə ailə üzvlərinə qarşı təzyiqlər başladığını bəyan etdi, qardaşının Azər Abdullayevin əsassız olaraq işdən çıxarıldığını bildirdi.

H.Abdullayevin hazırda hansı ölkədə olduğu dəqiq bilinmir.

AzNews.az
Bağla X