06:20
(077) 610-22-33

“Hüseyn Abdullayevin anası məni axtarıb...” – Vəkil

  • >
649 27 İyun 2013 11:46 | Cəmiyyət


"Hüseyn Abdullayev barədə cinayət işinin məhz "Susma" meydana çıxandan sonra açılması maraq doğurur".

Bunu əvvəllər Hüseyn Abdulayevin vəkili olan Kamandar Nəsibov AzNews.az-a açıqlamasında bildirib.

Vəkil qeyd edib ki, H.Abdullayevlə sonuncu dəfə 1 ay əvvəl əlaqə saxlayıb: "O zaman cinayət işi məsələsi yox idi. Son bir neçə günü mən Azərbaycanda olmamışam. Hüseyn Abdullayevin anası məni axtarıb, ancaq burada olmadığıma görə mümkün olmayıb.

Gəldikdən sonra ailəsi ilə əlaqə saxladım. Mən vəkiləm və əgər yenə mənə Hüseyn Abdullayevin hüquqlarını müdafiə etmək təklifi gəlsə, təklifi dəyərləndirəcəyəm".

K. Nəsibov Hüseyn Abdullayevin hazırda Azərbaycanda olmadığını vurğulayıb.

Elnarə
AzNews.az
Bağla X