05:47
(077) 610-22-33

Yasamal İH-dən Prezident Aparatına şikayət

  • >
261 28 İyun 2013 11:40 | Cəmiyyət

"Gölü hasarlayıblar, balıq tutmağa imkan vermirlər"

Yasamal rayon sakini Tofiq Məhərrəmov istirahət hüququnun əlindən alınması ilə bağlı Prezident Administrasiyasına və millət vəkillərinə müraciət edib. Müraciəti redaksiyamıza da təqdim edən T.Məhərrəmov əvvəlcə icra hakimiyyətinə ünvanladığı müraciətin baxılmaq üçün əlaqədar olmayan quruma - mənzil istismar sahəsinə göndərildiyini vurğulayıb.

Ayaz Mütəllimovun dövründən bu günə kimi icra orqanlarında işləyən kadrların olduğunu deyən məktub müəllifi müraciətini MİS-ə göndərilməsini də məhz naşı kadrların məsələyə münasibəti kimi dəyərləndirib: "İcra hakimiyyətində vəzifə tutan, müraciəti MİS – ə göndərən rəhbər görünür ya Yasamal rayon ərazisini yaxşı tanımır , ya da müraciəti oxumadan ünvana baxmaqla kifayətlənib. Belələri olur ki, liberal hakimiyyətə gələndə liberal, sağçı gələndə sağçı, solçu gələndə solçu olur. Elə hakimiyyətlə vətəndaşlar arasında narazılıq yaradanlar da çox başçı görənlər olur. Sanki tutduğu vəzifə ona daimi verilibmiş kimi..."

Müraciət müəllifinin sözlərinə görə, bir sıra xəstəliklərdən əziyyət çəkir, ciddi müalicəyə ehtiyacı var: "İstirahət məqsədilə Zahid Xəlilov - 65 ünvanında yerləşən, sovet hakimiyyəti dövründən qalmış göldə balıq tutmaqla səhər bir – iki saatlığına istirahət edirəm. Yaşadığım evdən gölə 15 – 20 dəqiqəlik yoldur. 40 ilə yaxın həmin göldə istirahət etdiyim halda indi gölü mühasirəyə alıblar. Elnur adında şəxs şirkət yaradaraq gölü mühasirəyə alıb, mühafizəçi qoyub, göldə istirahətə imkan vermir. İndi qoçular həmin gölə balıq tutub istirahət etməyə gələnləri buraxmırlar. Bəlkə adı ekologiya və təbii sərvətlər siyahısında olmayan bu gölü Əmlak Məsələləri üzrə Dövlət Komitəsində özəlləşdiriblər? Dənizkənarı Bulvarda balıq tutub istirahət etmək olmaz . Bunu başa düşdük ki, dənizin balığı qurtarar! Amma bu göldə mən 30-40 ildir ki, balıq tutmaq həvəsi ilə istirahət edirəm! Mənim istirahət hüququm niyə əlimdən alınmalıdır?"

Elnarə
AzNews.az
Bağla X