10:48
(077) 610-22-33

Mətbuat Şurası jurnalistlərin cəzalandırılmasını istəyir

  • >
804 27 İyul 2012 10:36 | Cəmiyyət

Jurnalistlərə dillə bağlı treninqlər keçirilməlidir

Azərbaycanda bəzi məqamlarda jurnalist dilin qaydalarını bilmir və peşəkarlığı aşağı olur. Bunu Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında imzaladığı sərəncamın icrası ilə əlqədar yaradılmış işçi qrupunun KİV nümayəndələri ilə birgə iclasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Amaşov bildirib ki, Mətbuat Şurası vaxtaşırı KİV-lərin dili ilə bağlı monitorinq keçirir. "Leksik, qrammatik pozuntular aşkar edilir. Biz daha çox qrammatik pozuntuların üstündə dayanmalıyıq. Mütəxəssislərin iştirakı ilə jurnalistlərə dillə bağlı treninqlər keçirilməlidir. Yaradılacaq qurumun fəaliyyəti ictimai qınağa əsaslanmalıdır", - Şura sədri əlavə edib.Onun sözlərinə görə, hər hansı bir qurum olsa və bu qurum mütəmadi Azərbaycan dilinin qaydalarını pozan KİV-lərə qarşı cəzalar tətbiq etsə, bu, səmərə verəcək. MŞ indiyədək dilin qaydalarının pozulması ilə bağlı 20-yə yaxın qərar qəbul edib, amma nəticəsi yoxdur. İctimai qınaq elə də səmərə vermir.

AzNews.az

Bağla X