06:10
(077) 610-22-33

Bu günün Ramazan təqvimi (01 avqust)

  • >
685 31 İyul 2012 23:05 | Cəmiyyət

İlahi, bu gün günahlarımı gizlətmək və mənə iffət bəxş etməklə zinətləndir!

12 ramazan 1433 – 01 avqust 2012


Imsaq: 05.16

İftar: 21.11

12-ci günün duası: Allahummə zəyyin fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qunui vəl-kəfaf. Vəhmini fihi ələl-ədli vəl insaf. Və amilni fihi kuli mA əxaf. Biismətikə ya ismətəl-xaifin.

(İlahi, bu gün günahlarımı gizlətmək və mənə iffət bəxş etməklə zinətləndir. Bu gün mənə qənaət libasını geyindir. Məni bu gün ədalət və insafa sövq et. Bu gün məni qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların qoruyucusu!).

Ayə: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslərdir ki, sözbazlıqdan qaçırlar, o kəslərdir ki, zəkat verirlər, o kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar (buna görə heç) qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır". /Muminun-1,2,3,4,5,6,7/

Hədis: "Əməllər niyyətlərə görədir. Hər kəsə öz niyyətinə görə mükafat (savab) veriləcək. Ona görə də kim ki dünyəvi xeyir və ya qadın üçün hicrət edərsə, onda onun hicrəti niyyətində olduğu şeyə görədir".

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi isternet saytından götürülüb.

Ps. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.

Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

Bağla X