12:30
(077) 610-22-33

Bakı İstintaq Təcridxanasında monitorinq keçirildi

  • >
548 1 Avqust 2012 12:31 | Cəmiyyət



ATƏT-in Bakı ofisinin dəstəyi ilə "Konstitusiya"
Araşdırmalar Fondunun həyata keçirdiyi "Saxlama yerlərinin monitorinqi - 2012"
layihəsi çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq
Təcridxanasında monitorinq həyata keçirilib. AzNews.az-ın məlumatına görə, Monitorinqi
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, eksperti
Elçin Salmanov aparıb.



Monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o
cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına,
görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə,
yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.



Monitorinq zamanı bir sıra kameralara baxış
keçirildi, 20-yə yaxın təqsirləndirilən şəxslə (bunlardan 6-sı qadın) saxlanma
vəziyyəti, tibbi xidmətlərə çıxış, qida təminatı və hüquq və azadlıqlaının
təmin edilməsi ilə bağlı söhbət aparıldı. Söhbət zamanı onların saxlanma
şəraiti, təklif və iradları ilə bağlı müzakirələr aparıldı.



Təqsirləndirilən şəxslar birmənalı şəkildə
müəssisədkəki şərait, qıdalanma, tibbi xidmət və sairdən razı olduqlarını
bildirdilər. Eyni zamanda təcridxanada təşkil edilmiş məhkəmə prosesində də
iştirak edildi.
Məhkəmə hakim
Anar Qasımovun sədrliyi ilə baş tutdu. Ittiham tərəfini cənab Səfərov təmsil
edirdi. Məhkəmə vaxtından əvvəl şərti azad etmə və cəzanın daha yüngül cəza
növü ilə dəyişdirilməsi üçün müraciət etmiş 8 nəfərdən 6-sını təmin etdi.

AzNews.az



Bağla X