07:58
(077) 610-22-33

Enerji içkiləri- norkomaniya aparan yol

  • >
978 2 Avqust 2012 08:38 | Cəmiyyət

Əksər ölkələrdə qadağan edilən içkilər Azərbaycanda niyə təbliğ edilir?


Hər gün market vitrinlərində rast gəldiyimiz və gənclərin sevə-sevə istifadə etdiyi enerji içkilərinin sağlamlığa zərər yetirməsilə bağlı informasiyalar dolaşır. Bu informasiyaların həqiqətə nə dərəcədə uyğun olması ilə bağlı kiçik bir araşdırma apardıq. Məlum oldu ki, demək olar ki, hər yerdə təbliğ olunan, hətta təhsil müəssisələrində paylanılan bu içkilər əsil təhlükə mənbəyidir. Təsadüfi deyil ki, bu içkilər artıq rəsmi qadağan olunub.

Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov AzNews.az saytına bildirdi ki, tərkibində süni kofein olan energetik içkilər əslində, insanlara heç bir enerji vermir: "İlk dəfə Amerika Müdafiə Nazirliyi tərəfindən əsgərlər üçün hazırlanan bu içki, sonralar müxtəlif fəsadlar törətdiyi üçün qadağan olunub. Bu içkilər Fransa,Yeni Zellandiya,Çin, Almaniya kimi ölkələrdə də artıq qadağan edilib.

Normal bədənə 150 mlqram kofein bəs etdiyi halda bu içkilərin tərkibində 400-600 mlqram kofeinin olması sonrakı vaxtlarda insan üçün fəsadlar yaradır.

Bu içkinin qəbulundan sonra onun tərkibindəki kimyəvi preparatlar hesabına insanın enerjisi həddindən artıq gücləndirilir, 4-5 saatdan sonra isə insan düşkün vəziyyətdə qalır. Buna görə də insan özü yenidən enerji yığmağa başlayır. Bu içkilərdən istifadə norkomaniyaya aparır".

Eksperdin sözlərinə görə, bu içkiləri ölkəyə idxal edən şəxslər məhsulun tərkibi və istifadəsi ilə bağlı məlumatların Azərbaycan dilində verilməsini təmin etməməklə qanunvericiliyin tələblərini də pozurlar. Nəticədə də bu içkilərdən kimlərin istifadə edib-edə bilməyəcəyi məlum olmur. Energetik içkilərin 18 yaşınadək şəxslər, hamilə qadınlar, xəstə insanlar tərəfindən istifadəsi ümumiyyətlə təhlükəlidir: "Onu da qeyd edim ki, bəzən abituriyentlər imtahanqabağı bu içkidən enerji üçün istifadə edirlər. Amma bu normal hal deyil. Mənim bildiyimə görə bu yaxınlarda İsveçdə 3, Rusiyada isə 4 nəfər bu içkidən ölüb".

Amma malların keyfiyyətinə nəzarət edən rəsmi qrumlar bu işkilərin təhlükəliu olması ilə bağlı ya heç nə bilmir, ya da... Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı AzNews.az saytına açıqlamasında bildirdi ki, ölkəyə gətirilən içkilərin sertifikatlaşdırılması həmin məhsulun istehsal olunduğu ölkənin müvafiq qurumları tərəfindən verilmiş sənədlər əsasında və həmin məhsulun sınaqları həyata keçirildikdən sonra mümkün olur. Laborotoriyalarda yoxlanan məhsul standartalara uyğundursa, bazara buraxılmasına icazə verilir. Fazil Talıblı hesab edir ki, ölkəyə gətirilən energetik içkilərin tərkibi standartlardan kənara çıxmadığı üçün onların idxalının dayandırılması düzgün deyil: "Bu günə kimi 2 enerji içkisinin satışına qadağa qoyulub. Hazırda bazarda 5 adda enerji içkisi var".


Səadət Abbaslı

AzNews.az

Bağla X