Sabah sonuncu imtahandır Sabah sonuncu imtahandır

480 nəfər imtahana buraxılmayacaq

Sabah sonuncu imtahandır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabah
növbəti imtahan keçirəcək. 2012/2013-cü tədris ili üçün Azərbaycan Resublikası
ali tşhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas
təhsil müəssəsələrinə II ixtisas qrupu üzrə keçiriləcək imtahanın hansı
ərazilərdə baş tutacağı da bəllidir. TQDK-nən mətbuat xidmətindən verilən məlumata görə,
imtahanlar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə keçiriləcək. Sonuncu
keçiriləcək II ixtisas qrupu üzrə 23346 abituriyent sənəd verib ki, onlardan da
480 nəfəri imtahana buraxılmayacaq. İmtahana buraxilmayacaq abituriyentlərdən
233 nəfəri buraxılış imtahanlarından, 247 nəfəri isə rus bölməsi üzrə
Azərbaycan dili imtahanından kəsilib. Buunla da II ixtisas qrupu üzrə sənəd
verən 23346 nəfər abituriyentdən 22886 nəfəri imtahanda iştirak edəcək.

Gültən

Az.News.az