Şəmsəddin Hacıyev: “Qanunda ali təhsil həyatının bütün sahələri öz əksini tapacaq” Şəmsəddin Hacıyev: “Qanunda ali təhsil həyatının bütün sahələri öz əksini tapacaq”

Yeni qanunda böyük dəyişiklik

Şəmsəddin Hacıyev: “Qanunda ali təhsil həyatının bütün sahələri öz əksini tapacaq”


"Ali təhsil haqqında" qanun layihəsi üzərində işlər davam edir. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Onun sözlərinə görə, "Təhsil haqqında" çərçivə qanununda ali təhsillə bağlı bir çox məsələlər öz əksini tapıb. "Amma yeni layihədə bütün məsələlər detallarına qədər dəqiqləşəcək" deyən komitə sədri qeyd edib ki, layihədə mexanizmlər göstəriləcək, ali təhsil sisteminə daxil olan, ali təhsil həyatının bütün sahələri incəliklərinə qədər öz əksini tapacaq. "Elə bir sahə olmayacaq ki, orada əhatə olunmamış məsələ qalsın.Eyni zamanda, bir çox məsələlər var ki, biz əsasnamə ilə işləyirik, yəni, ali təhsilin bu və ya digər məsələlərinin tənzimlənməsi, idarə olunması üçün müvafiq qanun layihəsi yoxdur. Ona görə "Ali təhsil haqqında" qanun layihəsində bütün məsələlər, münasibətlər sisteminin hamısı əhatə olunacaq"- deyə Ş.Hacıyev vurğulayıb.

Gültən

AzNews.az