15:51
(077) 610-22-33

Gülhanə Hərbi Tibb Akademiyasına tələbə qəbulu başlayır

  • >
841 2 Avqust 2012 10:31 | Cəmiyyət

Müsabiqədə qəbul imtahanlarında 600-dən yüksək bal toplayan şəxslər iştirak edə bilər

Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən,
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə 2012/2013-cü tədris ili
üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə tələbə
qəbulu elan edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat
xidmətindən verilən məlumata görə, müsabiqədə 2012-ci ildə mülki ali
məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yüksək bal
toplayan, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilər. Qeyd edək
ki, müsabiqə əsasında 6 nəfərin siyahısı müəyyənləşdirilərək, seçim üçün
Azərbaycanın Müdafiə Nazirliyinə göndəriləcək. Müsabiqənin nəticələri bəlli
olduqdan sonra ən uğurlu göstərici əldə edən 2 nəfər Türkiyə Respublikasının
Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək.

Xatırladaq
ki, Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 6
ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatında olacaqlar. Müsabiqədə
iştirak etmək istəyənlər avqustun 1-dən 7-dək TQDK-ya müraciət edə bilərlər.



Sevinc



AzNews.az





Bağla X