Bakıda sudan qeyri-qanuni istifadə edən müəssisə cərimələndi Bakıda sudan qeyri-qanuni istifadə edən müəssisə cərimələndi

Oğurluğun su yolu

Bakıda sudan qeyri-qanuni istifadə edən müəssisə cərimələndi

Bakı şəhəri Xətai rayonu Mingəçevir küçəsi 40 ünvanında yerləşən "Avto-qarant" Açıq Səhmdar Cəmiyyətində içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən "AzNews.az"-a verilən məlumata görə, "Azərsu" içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Bu məqsədlə "Baki Sukanal" idarəsinin Xətai Sukanal departamenti əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 40 ünvanında yerləşən "Avto-qarant" Açıq Səhmdar Cəmiyyətində içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Səhmdar Cəmiyyətin yerləşdiyi ərazidə icarə əsasında fəaliyyət göstərən xalçayuma, daş kəsimi, mebel və şüşə sexlərində içməli sudan qeyri-qanuni istifadə edilib. Su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, həmin obyektlərə içməli suyun verilməsi 25 mm diametrli borularla nəzərdə tutulsa da, qeyri-qanuni çəkilmiş 25 mm diametrli xətdən istifadə edilib. Araşdırma zamanı məlum olubki, obyekt ərazisindəki 2 subartezian quyusundan çıxarılan sular istifadə olunduqdan sonra kanalizasiya şəbəkəsinə axıdılmış və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə edilirmiş. Aşkarlanan faktlar obyekt rəhbərliyinin iştirakı ilə aktlaşdırılıb və obyektin su təchizatı dayandırılıb. Sudan qeyri-qanuni istifadə edilməsinə görə "Azərsu" ASC-yə dəymiş zərər qiymətləndiriləcək və abunəçi - "Avto-qarant" ASC cərimə olunacaq.


Mirvari Nəcəf

AzNews.az