10:18
(077) 610-22-33

Ziya Bünyadov prospektində yeni tunel...

  • >
326 2 Avqust 2012 15:11 | Cəmiyyət

Bakı şəhərinin şimal istiqamətində nəqliyyatın əsas çıxışını təmin edən Ziya Bünyadov prospektində tunel tipli yol ötürücüsünün tikintisi davam edir. Nəqliyyat Nazirliyindən "AzNews.az"a verilən məlumata görə, Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində tunel tipli yol ötürücüsündə işlər tərtib olunan qrafik əsasında gedir. 3 gediş və 3 gəlişdən ibarət olacaq tunelin uzunluğu 780 metr, eni 26,5 metr, hündürlüyü 5,5 metr, qapalı boyu isə 300 metr təşkil edir. Eyni zamanda layihə çərçivəsində ümumi uzunluğu 1746 metr olan Müzəffər Nərimanov küçəsində əsaslı təmir işləri həyata keçirilib. Küçə boyu kommunikasiya xətləri dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub, aşınma qatı istisna olunmaqla asfalt-beton işləri başa çatdırılıb. Hazırda tikintisi həyata keçirilən tuneldə svayların vurulması, istinad divarının və tunelin qapalı hissəsinin tikintisi işləri həyata keçirilir. Tikintisinə 2011-ci ilin yanvar ayından başlanılan tuneldə işlərin təxminən 60%-i yerinə yetirilib. Layihənin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.

Mirvari Nəcəf

AzNews.az


Bağla X