10:09
(077) 610-22-33

Təhsil haqları niyə artır?

  • >
521 3 Avqust 2012 09:56 | Cəmiyyət

Təhsil müəssisələrimizin 60 faizində xərclər təhsil alanların öz hesabına ödənilir”


Təhsil təkcə insanın mənəvi siması deyil, o həm də ümumilikdə mədəniyyətin, təlim-tərbiyənin və mənəvi dəyərlərin, bir sözlə, dövlətin inkişafıdır. Təhsil həm iqtisadi, həm sosial , həm də siyasi məsələdir. Ona görə də dövlətinin inkişafına nail olmasına çalışan hər bir hökümət təhsilə maksimum diqqət və qayğı göstərməlidir. Azərbaycanda isə insanların təhsil alması ilə bağlı kifayət qədər problemlər mövcuddur. Orta məktəblərdə təhsilin aşağı səviyyədə tədrisi bir yana, alı məktəblərdəki təhsil haqqlarının bahalığı da bu sahəyə kifayət qədər mənfi təsir göstərir. Bu yazıda da məhz təhsil haqlarının bahalığınin səbəbini araşdıracağıq. Bu gün Azərbaycandakı bəzi özəl ali məktəblər var ki, illik təhsil haqqı xarici universitetlərdəkindən xeyli çoxdur. Görəsən, təhsilin keyfiyyəti aşağı ola-ola təhsil niyə bahalaşır?

"Azərbaycanda ali təhsil ocaqları ancaq təhsil haqqları hesabına qazanırlar"

Qafqaz Universitetinin "Karyera Planlaması Mərkəzi"nin müdiri İsa Qasımov bu bahalaşmanı normal hesab edir: "Dünyanın hər yerində təhsil ən bahalı sahədir. Bir tələbəni kadr kimi yetişdirmək heç də ucuz başa gəlmir. Yüksək səviyyəli müəllimləri dəvət etmək, avadanlıqlar əldə etmək, laboratoriyalar yaratmaq bu xərclərin əsas istiqamətləridir. Həm də Azərbaycanda ali təhsil ocaqları ancaq təhsil haqqları hesabına qazanırlar. Bizdə demək olar ki, heç bir təhsil ocağı elmi tədqiqatlardan qazanmır. Düzdür, Qafqaz Universiteti bu sahədə az da olsa uğur əldə edib, amma o qazanc da pul şəklində yox, laboratoriya, avadanlıqlar və s. şəklində olur."


"İllik təhsil haqqlarının məbləği Tarif Şurasıyla razılaşdırmalıdırlar"


İstər dövlət, istərsədə özəl ali təhsil müəssisələrində illik təhsil haqqlarının məbləği artır. Ancaq dövlət ali təhsil müəssisələri təhsil haqqlarını Tarif Şurasıyla razılaşdırmalıdır. Bir məsələ də var ki, dövlət ali təhsil müəssisələrinin tələbə kontingentinin 60%-i xərclərini öz hesablarına ödəyirlər. Ümumiyyətlə dövlət ali təhsil müəssisələrində büdcədən kənar təhsil fondu mövcud olur ki, bütün pullu haqqlardan gələn gəlir həmin fondda toplanır. Düzdür, bu fond hesabına orada işləyənlərin maaşında cuzi dəyişikliklər olunur, lakin o fonddan təmir və ya digər xərclər üçün edilən ayırmalarda əksər vaxtlarda maxinasiya halları baş verir.

"Dövlət qulluğuna imtahan nazirin imzasına qarşı hörmətsizlikdir"

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov isə məsələyə başqa cür yanaşmanın tərəfdarıdır: "Bu gün Azərbaycanda əksər valideynlər övladının ali təhsil almaq potensialının olub - olmadığı nəzərə almadan onu oxudur. Əvvəl repititorlara "pul tökürlər", sonra da təhsil haqqlarına. Halbuki bu gün saç ustaları, dərzilər əksər ali təhsillilərdən daha çox qazanırlar. Niyə heç kim saç ustası, dərzi olmaq istəmir?
Bu dəqiqə Azərbaycanda hər kəs ya prokuror olmaq istəyir, ya polis, ya da hüquqşünas. ABŞ da hüquq fakultəsinə gedən yoxdur. Orada insanlar daha çox mədəniyyətşünaslığa, ya da tarix sahəsinə gedirlər. Bu, təhsil haqqının qalxmasına xidmət edən amildir.
İkincisi, xarici praktikada təhsil müəssisələri mənfəət qazanmaq üçün yaradılmır. Amma bizdə təhsil sferası da biznes sahəsinə çevrilib. Ali məktəblərdə təhsil haqqlarının məbləği orada çalışan müəllimlərin və digər işçilərin maaşına, oradakı təhsil bazasına sirayət etməlidir, amma bizdə elə deyil. Bunun nəticəsidir ki, bu gün dövlət imtahanı verən və nazirin imzasıyla diplom alan ali məktəb məzunu sabah başqa nazirlikdə işə düzəlmək üçün təkrar imtahan verir. Bu nazirin imzasına və o imzayla alınan diplomlara qarşı hörmətsizlikdir"

Şahlar Ruhi
AzNews.az
Bağla X