“İsti havada oruc pozularsa..?”

Son günlər gündəmdə duran məsələlərdən biri də müqəddəs Ramazan ayında orucu pozan amillərlə bağlıdır. Bu ayda oruc tutanların bəziləri bu amillər haqqında məlumatsız olduğu üçün şübhə içində olur, beynində müxtəlif fikirlər yaranır. Xüsusən də "Orucun pozulması havanın isti olması ilə əlaqədar olarsa, bu günah sayılırmı? – sualı əksər oruc tutanların narahatçılığına səbəb olur.

Misirdə bu mövzuda aparılan araşdırmalar nəticəsində məlum olub ki, ölkə ilahiyyatçıları iki qismə bölünür: Bir neçə ilahiyyatçı həmin fətvanın doğru olduğu qənaətində olsa da, bir neçəsi bunu qəbuledilməz hesab edib.Ölkədəki İslami Araşdırma Akademiyasının üzvü, ilahiyyatçı Hamid Əbu Talib hesab edir ki, Ramazan ayında istilər artdığına görə oruc tutmaq çətin bir hal alarsa, o gün oruc pozulub başqa bir gündə qəza edilə bilər .Çünki oruc ibadətinin məqsədi insan həyatını təhlükə içərisinə almaq deyil".
Türk ilahiyyatçıları isə hesab edir ki, havanın isti olması orucun tutulmasına mane deyil. Həddindən artıq isti oruc tutmamaq üçün bir bəhanədir. Orucu yalnız isti sobanın qarşısında işləyən adam tutmaya bilər. Həmin adam, sonra ya qəza etməli, ya da fitrə verməlidir".
Mövzuyla bağlı "Xəzər" universitetinin müəllimi, fəlsəfə doktoru, ilahiyyatçı Mail Yaqubun münasibəti isə belə oldu:
"Düşünürəm ki, Allahın buyurduğu qanunları bu cür qaba şəkildə cəmiyyətdə təqdim etmək düzgün deyil. Allah-Taala insana öhdəsindən gələ bilmədiyi şeyi buyurmaz. İslamda Allahın buyurduğu, vacin bildiyi qayda qanunlar var. Hər bir müsəlman həmin qanunların vacibliyini duymalı və mümkün qədər həmin qanunlara əməl etməlidir".M.Yaqubun fikrincə, oruc tutmaq da islamın qayda-qanunları kimi buyurulub. Sözün əsl anlamında, xəstə olan, sağlamlığıyla bağlı müəyyən problemi olan şəxs üçün oruc tutmaq vacib sayılmır. Oruc tutmaq insanın mənəvi sağlamlığı üçün vacib sayılır".
Mirvari Nəcəf
AzNews.az