- Köhnə - Cəmiyyət
- 21 Oktyabr 2013 14:08
- 20 355
Noyabr ayı üçün qeyri-iş günləri
Noyabrın 9-u şənbə gününə düşdüyündən Azərbaycan vətəndaşları noyabrın 9, 10 və 11-i istirahət edəcəklər.
Noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq. Həmçinin Milli Dirçəliş Günü - noyabrın 17-si iş günü hesab edilir.
Qeyd edək ki, bir sıra təqvimlərdə bu tarixin qırmızı ilə işarələnməsi vətəndaşlar arasında çaşqınlıq yaradır.
AzNews.az