Pensiyaçılar elektron xidmətlərdən razılıq ediblər Pensiyaçılar elektron xidmətlərdən razılıq ediblər

DSMF-nin interaktiv sorğusu yekunlaşdı

Pensiyaçılar elektron xidmətlərdən razılıq ediblər


Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb.Qurumun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet saytında keçirilən növbəti interaktiv sorğu yekunlaşıb. Sorğu zamanı respondentlərə "Dövlət Sosial Müdafiə Fondunun internet saytı vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə edirsinizmi" sualı ünvanlanıb. Sorğuda iştirak edənlərin çoxu - 57,27 faizi suala "bəli", 42,73 faizi isə "xeyr" cavabını verib.
Mirvari Nəcəf
AzNews.az