16:00
(077) 610-22-33

General hesabat verdi

  • >
403 4 Avqust 2012 11:35 | Cəmiyyət

Penitensiar Xidmətin 103 əməkdaşı məsuliyyətə cəlb olunub


2012-ci ilin birinci yarısında penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 8730 manat pul, 39 litr spirtli içki, 101 mobil telefon, 197,3 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb. Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2012-ci ilin birinci yarısı ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat şurasında çıxışı zamanı Xidmətin rəisi Mədət Quliyev deyib. Xidmətdən AzNews.az-a verilən məlumata görə, Şurada qeyd olunub ki, penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində 110 müxtəlif cinayətlərin üstü açılıb. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Şurada hesabat dövrü ərzində Penitensiar Xidmətin 103 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunduğu, 9 əməkdaşın isə ədliyyə orqanlarından xaric edildiyi bildirilib. Ədliyyə nazirinin və Penitensiar Xidmət rəisinin müvafiq əmrləri ilə 9 və 17 saylı saylı cəzaçəkmə müəssisələrinin rəisləri tutduqları vəzifədən azad olunub, 14 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisinin isə səlahiyyətlərinə xitam verilib və o, ədliyyə orqanlarından xarıc edilib.


AzNews.az


Bağla X