Nazirlikdən imtahanlarla bağlı- RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi ali məktəb tələbələrinin narazılığına səbəb olan imtahanların yazılı keçirilməsinə dair daha bir açıqlama ilə çıxış edib.


Nazirliyin saytında bildirilir ki, ali təhsil müəssisələrində kurs imtahanları keçirilir Təhsil Nazirliyinin 11.10.1994-cü il tarixli 595 nömrəli əmri ilə təsdiq edilmiş "Ali məktəblərin kurs imtahanları və məqbulları haqqında Əsasnamə"yə əsasən, həmin ildən yazılı şəkildə və ya test üsulu ilə keçirilir.

Ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə əlaqədar "Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə" təsdiq edilib. Bu Əsasnaməyə görə, tələbələrin biliyinin qiymətləndirilməsi üçün imtahanların bir qayda olaraq, yazılı şəkildə aparılması nəzərdə tutulur.

AzNews.az