Yavər Camalov Serbiya səfirini qəbul etdi- Foto

Noyabrın 1-də müdafiə sənayesi naziri Yavər Camalov Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviçi qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən daxil olan məlumata görə, Y.Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan ilə Serbiya arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirdiyini bildirib.

Görüşdə nazir səfirə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumat verib. Z.Vayoviç səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AzNews.az