BMT Təhlükəsizlik Şurasındakı sədrliyimiz başa çatdı

Azərbaycan BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrliyini başa vurub.


APA-nın məlumatına görə, Azərbaycan sədrliyi Çinə təhvil verib. Çinin BMT-dəki daimi nümayəndəsi Lyu Tzei noyabrın 4-də bu ay üçün iş proqramını təqdim edəcək.

BMT Təhlükəsizlik Şurası təşkilatın 15 üzvündən ibarətdir. Çin Xalq Respublikası, Fransa, Rusiya Federasiyası, Böyük Britaniya və ABŞ TŞ-nin daimi üzvləridir.

Daha 10 qeyri-daimi üzv BMT Baş Assambleyasında 2 il müddətə seçilir.

Beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsində əsas məsuliyyət TŞ-nin üzərinə düşür. TŞ-nin qərarları BMT-nin bütün üzvləri üçün məcburi xarakter daşıyır.

AzNews.az