19:36
(077) 610-22-33

Səfər Əbiyevin oğlunun toyunda nələr oldu?

  • >
2 255 4 Noyabr 2013 09:12 | Cəmiyyət

Noyabrın 3-də keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlunun toy mərasiminin keçirilməsi ilə bağlı AzNews.az-ın məlumatı təsdiqlənib.

Toy əvvəlcədən planlaşdırıldığı kimi "Buta Place"da baş tutub.

Toyla bağlı reportaj təqdim etmək üçün Axar.az saytının əməkdaşı mərasimin keçirildiyi "Buta Palace"a gedib.

Keçilməz mühafizə, kortejsiz qonaqlar


"Buta Palace"nin ətrafı sözün bütün mənalarında hərbi hissə kimi əhatələnmişdi nəinki jurnalist, hətta xüsusi təlim görmüş kəşfiyyatçı da mühafizəni yarıb keçə bilməzdi.

Müşahidəyə başladıq. Toya kortejlə gələn, gözlənildiyi kimi, çox az adam oldu – təxminən, 2-3 "kortejli qonaq" - yüksək vəzifəli məmur şadlıq sarayının həyətinə girdi. Sürət o qədər böyük idi ki, hətta ən peşəkar fotokamera ilə də obyekti doğru-düzgün tuta bilmədik.

Nə olur-olsun, içəri keçməyə bir daha cəhd etməliydik. Qapıya yaxınlaşmağımızla mühafizəçilərin başımızın üstünü almağı bir oldu: "Bura ölkənin generalları yığışıb, kənara çəkilin!"

Toydan "bölməyə"

Növbəti cəhdimizdə mühafizəçilər əl çəkmədiyimizi görüb, dərhal polis çağırdılar. Və...

Və bir neçə dəqiqədən sonra artıq Suraxanı Rayon Polis İdarəsinin 3-cü polis bölməsindəydik. Nə bir təzyiq, nə bir kobudluq oldu. Yalnız bir qərar vardı: "Toy bitənə qədər bölmədə qonağımızsız!"

Xeyli söhbətdən, centlmen razılaşmasından sonra inandılar ki, polis bölməsindən "Buta Palace"yə qayıtmayacağıq. İnamlarının təsdiqi kimi gözlərinin qarşısında şəhərin mərkəzinə yola düşdük.

Bizə qalan yalnız "Buta Palace"nin qarşısında çəkdiyimiz bir neçə şəkil oldu...


AzNews.az
Bağla X