Komitə sədri ilə görüşmək istəyənlərin nəzərinə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 8 noyabr 2013-cü il tarixində, saat 13:00-da Neftçala şəhərində Mədəniyyət və incəsənət sarayında (Heydər Əliyev prospekti) vətəndaşlar üçün qəbul keçirəcək.

AzNews.az xəbər verir ki, qəbulda Neftçala ilə yanaşı, Hacıqabul, Sabirabad, Saatlı, Salyan rayonlarının və Şirvan şəhərinin sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Aran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Tel: (050) 588 -07-82