Beynəlxalq forumun iştirakçısı BSU-da- Fotolar

Bu gün III Bakı Beynəlxalq Humanitar Forumun iştirakçılarından olan Pakistan Diplomatiya İnstitutunun direktoru Muhammed Asif Noor Bakı Slavyan Universitetində qonaq olub.

AzNews.az-ın məlumatına görə M.Asif tələbələrlə görüşündə Pakistan-Azərbaycan əlaqələrindən danışıb.

Görüş zamanı universitetdə təhsil alan tələbələrin gələcək əməkdaşlıq barəsində təklifləri dinlənilib. Beynəlxalq forumun iştirakçısı olan xarici qonaq BSU ilə əməkdaşlığın onlar üçün çox əhəmiyyətli olduğunu da qeyd edib.

Rəhim Qədirov
AzNews.az
image description image description image description