“Böyük İpək Yolu” Avropa Parlamentində

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı Avropa Parlamentində akkreditasiyadan keçib.

Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. Təşkilat bir il müddətində Avropa Parlamentinin təşkil edəcəyi tədbirlərdə və plenar iclaslarında iştirak etmək hüququ əldə edib.

"Böyük İpək Yolu" BGT qarşıdakı illərdə belə bir mötəbər qurumla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd edib.

"Böyük İpək Yolu" BGT 2012-ci ildə tarixi ipək yolu üzərində yerləşmiş 25 ölkənin gəncləri tərəfindən Bakıda təsis olunub.

AzNews.az