Hökumət saytı Ziya Məmmədovu “vurdu” - Foto

"Azəryol" voleybol klubunun formasındakı rəng qalmaqala səbəb olub. "1news.az" saytı "Azəryol"un formasında Ermənistan bayrağının həkk olunduğunu iddia edib və buna görə klubu kəskin tənqid edib. Bundan sonra bu sayta yaxın mətbu orqanlar həmin xəbəri tirajlayıblar.

"Azəryol" isə bu ittihamları əsassız sayır, bunu xüsusi kompaniya hesab edir. Kluba qarşı yönəlmiş ittihama cavab olaraq "Azəryol"un nümayəndəsi Zöhrab Gözəlbəyli "Axar.az"a bunları deyib:

"Tamamilə əsassız ittihamdır. Burda rənglər arasında fərq var, üstəlik bizim formamızda beş rəng var və sonuncu rəng boz rəngdir. Yəni bu, mənasız söhbətlərdir. Jurnalistlər sensasiya xatirinə belə mənasız məsələləri gündəmə gətirirlər. Onlar "Azəryol"un uğurları haqda məlumat vermirlər, amma belə mənasız söhbətlərə qaçırlar. "Azəryol" Azərbaycan voleybolunun inkişafı uğrunda çalışır və bizi bədnam düşmənlərimizə bənzətmək əsassızdır".

Bundan başqa isə klub rəsbi aıqlama yayıb. Bildirilir ki, maykanın aşağısındakı rənglərdən qara və sarının "Azəryol"un rəngləri, qırmızı və göyün isə bəzəkdir: "Əzəli və əbədi düşmənlərimiz olan Ermənilərin bayrağı isə həmin formada yoxdur. Çünki, diqqət etsəniz Ermənistanın bayrağında sarı yox, narıncı rəng var. Formada olan zolağı niyə məhz Ermənistanın bayrağına bənzədirlər? Əgər rənglərin ardıcıllığına baxırıqsa, orada Rumıniya bayrağında olan rənglər də var".

Bəyanatda o da qeyd edilir ki, "Azəryol"un formasının sol tərəfində ən yüksəkdə Azərbaycan bayrağı təsvir olunub.

Xatırladaq ki, "Azəryol" klubu "Azəryolservis" ASC-nin sədri, deputat Cavid Qurbanovun himayəsi altındadır. Ancaq kluba ümumilikdə Azərbaycan Voleybol Federasiyasının prezidenti kimi Nəqliyyat naziri Ziya Məmmədov nəzarət edir.

Qeyd edək ki, bu sahəyə ölkə başçısı İlham Əliyevin xüsusi diqqəti var. Ötən ilin dekabrının 21-də Azərbaycan Voleybol Federasiyasının "Azəryol" voleybol klubunun yeni inzibati binasının, voleybol meydançasının və "Azəryol" oteli istifadəyə verildi. Bu möhtəşəm kompleksin açılışını da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev etdi.

Azər
AzNews.az
image description image description image description image description image description