Hacı İbrahim 7 milyonluq yaxta aldı- FOTO

"Xəzər adaları" layihəsinin müəllifi, "Avesta Concern"nin rəhbəri, tanınmış iş adamı və Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı hacı İbrahim Nehrəmli özü üçün Böyük Britaniyadan "Sunseeker 84" model yaxta alıb. Bu barədə Publika.Az-a hacı İbrahim Nehrəmli özü məlumat verib.

İş adamı yaxtanı 7 milyona aldığını söyləyib. İbrahim Nehrəmli deyib: "Yaxta Azərbaycana 2014-cü ildə gətiriləcək. Yaxtanın uzunluğu 27 metrdir və idman tiplidir. İnşallah yayda Xəzər dənizinə gətiriləcək".

AzNews.az
image description