18:01
(077) 610-22-33

Təhsil Nazirliyində seminar keçiriləcək

  • >
334 5 Noyabr 2013 18:33 | Cəmiyyət

Təhsil nazirinin əmrinə əsasən təşkil olunacaq "İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi" ilə bağlı seminar keçiriləcək.

Təhsil Nazirliyindən alınan məlumata görə, seminar noyabrın 8-i saat 17:00-da nazirlikdə olacaq.

Müsabiqədə iştirak etmək istəyən təşkilat və ya təşəbbüs qruplarının nümayəndələri təqdim olunacaq layihələrin mövzuları, müsabiqə şərtləri, seçim meyarları ilə bağlı məlumat almaq və müvafiq suallara cavab tapmaq üçün seminarda iştirak edə bilərlər.

Seminarda iştirak etmək istəyənlər 7 noyabr tarixinə qədər (18:00-dək) öz ad və soyadlarını elektron poçt vasitəsilə (projects@edu.gov.az) təqdim etməlidirlər.

AzNews.az
Bağla X