Mülayim hava şəraiti davam edəcək

Yaxın iki gün ərzində Azərbaycanda mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev trend-ə bildirib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacağı, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 10-14, gündüz 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.

Noyabrın 7-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, səhər bəzi yerlərdə duman və çiskin olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı ehtimalı var.

AzNews.az