"Belə bəyanatların heç bir mənası yoxdur" "Belə bəyanatların heç bir mənası yoxdur"

XİN Azərbaycanı müharibəylə hədələyən rus komandirə cavab verdi

"Belə bəyanatların heç bir mənası yoxdur"





Xarici İşlər Nazirliyi (XİN) Ermənistandakı Rusiyaya məxsus 102-ci hərbi bazanın komandiri polkovnik Andrey Ruzinskinin Azərbaycanın ərazi bütövlüyünə yönələn təhdidlə bağlı mövqeyini açıqlayıb.

XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev AzNews.az-a bildirib ki, belə bəyanatların heç bir mənası yoxdur:

"Biz də bu məsələnin əsassız olduğunu vurğulayırıq. Bir məqam unudulmamalıdır ki, Qarabağ Azərbaycanın bir hissəsidir".

E. Abdullayev əlavə edib ki, artıq siyasi icmalçılar da mediaya açıqlamalarında bu fikrin reallığı əks etdirmədiyini söyləyiblər.

Qeyd edək ki, Ermənistandakı Rusiyaya məxsus 102-ci hərbi bazanın komandiri polkovnik Andrey Ruzinski Rusiyanın "Krasnaya Zvezda" nəşrinə müsahibəsində bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etmək üçün hərbi yola baş vurduğu halda Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi əməliyyatlara müdaxilə edəcək.

Ramil
AzNews.az