- Köhnə - Cəmiyyət
- 6 Noyabr 2013 15:49
- 2 879
AMEA-da yeni şura yaradıldı
Trend-in məlumatına görə, yeni şura Layihələrin Ekspertizası və Koordinasiyası Şurası adlanır.
Akademiyanın vitse-prezidenti İbrahim Quliyev Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib ki, ölkədə elmi tədqiqatların nəticələrinin iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi zərurəti yaranıb:
"Bu, elmi fəaliyyət sahəsində innovativ mexanizmlərin tətbiqi sahəsində islahatların həyata keçirilməsinin vacibliyini önə çıxarır".
AzNews.az