AMEA “Nizami Gəncəvi adına Qızıl medal” təsis etdi

Azərbaycan Milli Elmlər Akademiyasının "Nizami Gəncəvi adına Qızıl medal"ı təsis olunub.


Akademiyadan "Media forum" saytına verilən məlumata görə, qərar noyabrın 6-da AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.

Əsasnaməyə görə, medal AMEA-nın ən yüksək mükafatıdır. Bu mükafatın hər il bir Azərbaycan aliminə və bir əcnəbi tədqiqatçıya mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf və ixtiralarına, habelə elmin inkişafında xüsusi xidmətlərinə görə verilməsi nəzərdə tutulur.

Alimlərin "Nizami Gəncəvi adına Qızıl medal"a namizədliyini irəli sürmək hüququ AMEA-nın Rəyasət Heyəti və elmi bölmələrinə şamil edilir. Namizədlər barədə təkliflər Rəyasət Heyətinin qərarı ilə yaradılacaq Ekspert Komissiyasına ünvanlanacaq. Komissiya gizli səsvermə yolu ilə mükafata namizədi seçəcək, təltif qərarını isə Rəyasət Heyəti çıxaracaq.

AzNews.az