04:42
(077) 610-22-33

Hərbi Ombudsman yaradılsın- Təklif

  • >
561 7 Noyabr 2013 12:08 | Cəmiyyət

Məqsəd ordu quruculuğunda ictimaiyyətin iştirakını təmin etməkdir




Azərbaycan Milli Məclisində Silahlı Qüvvələrdə Hərbi Ombudsmanın (İnsan hüquqları müvəkkili) yaradılması məsələsi müzakirəyə təklif olunacaq.

Parlamentdən APA-ya verilən məlumata görə, bu qanunvericilik təşəbbüsü müvafiq müraciətlər əsasında bir qrup deputat tərəfindən irəli sürülür.

Bununla bağlı "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya qanununa, o cümlədən bir sıra hərbi qanunvericiliyə dəyişikliklərin müzakirəyə çıxarılması gözlənilir.

Hərbi Ombudsmanın ya ayrıca qurum kimi, ya da mövcud Ombudsman Aparatının nəzdində yaradılması təklif olunur. Məqsəd ordu quruculuğunda, hərbçilərarası münasibətlərin tənzimlənməsində ictimaiyyətin yaxından iştirakını təmin etməkdir.

Layihənin parlamentin yaz sessiyasının gündəliyinə salınması gözlənilir.


AzNews.az
Bağla X