“Serial çəkilişi zamanı bazardakı bir çox sosial-siyasi dəyişiklərə nail olmaq lazımdır” “Serial çəkilişi zamanı bazardakı bir çox sosial-siyasi dəyişiklərə nail olmaq lazımdır”

Zeynal Məmmədli:“Azərbaycan seriallarından danışmaq mümkün deyil”

“Serial çəkilişi zamanı bazardakı bir çox sosial-siyasi dəyişiklərə nail olmaq lazımdır”

"Prodüserlərin daha böyük ideyaları reallaşdırmaq imkanı yoxdu". Bu fikirləri AzNews.az-a media eksperti Zeynal Məmmədli bildirib. Onun sözlərinə görə, Azərbaycanın serialları bazarın tələbatlarına cavab vermədiyi üçün, aktuallıq da qazana bilmir. Odur ki, seriallarımızın nəinki peşəkarlığından, hətta seriallarımızdan danışmaq mümkün deyil. Ekspert vurğuladı ki, serialların çəkilişi üçün pul ayrılmasına baxmayaraq, prodüserlərin daha böyük ideyaları reallaşdırmaq imkanı yoxdu. Çünki seriallarımızın heç biri zamana, şəraitə uyğun deyil. Z.Məmmədlinin fikrincə, serial çəkilişi zamanı bazardakı bir çox sosial-siyasi dəyişiklərə nail olmaq lazımdır. "Təəssüf ki, bütün bunlar bizim seriallar da əks olunmur-deyən ekspert vurğuladı ki, elə bu səbəbdən də seriallarımız yerli miqyasdan kənara çıxa bilməyəcək.

Mirvari Nəcəf

AzNews.az