Yeni magistral xəttlər tikilir Yeni magistral xəttlər tikilir

Yağış suları birbaşa Xəzərə axıdılacaq - FOTO

Yeni magistral xəttlər tikilir

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində kanalizasiya infrastrukturunun və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirlər planına uyğun olaraq Bakı şəhəri Yasamal rayonu M. Xiyabani küçəsindən başlayaraq H. Zərdabi küçəsi boyunca ərazidəki kanalizasiya və yağış sularının axıdılması üçün hər birinin uzunluğu təqribən 1000 metr olan 2 magistral xətt tikilir. 500 mm diametrli polietilen borularla tikilən həmin xətlər A. Salamzadə küçəsindən keçən kanalizasiya və yağış suları kollektorlarına birləşdiriləcək. Bununla da yağış suları kanalizasiya sularına qarışmadan ayrı-ayrı kollektorlara axıdılacaq. Bu da yağış sularının birbaşa Xəzərə axıdılmasını təmin edəcək. Layihə çərçivəsində ərazidə toplanan yağış sularının axıdılması üçün yağış barmaqlıqları da quraşdırılır. Qeyd edək ki, tikinti-quraşdırma işlərinin avqust ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, intensiv yağıntılar zamanı H. Zərdabi küçəsində yağış sularının axıdılmasında problemlər yaranırdı. Yeni xətlər istismara verildikdən sonra belə problemlər tamamilə aradan qalxacaq.

Sevinc

AzNews.az

image description image description