06:16
(077) 610-22-33

Azərbaycan qlobal silanlanma indeksi üzrə 8-cidir

  • >
653 8 Noyabr 2013 11:07 | Cəmiyyət

Azərbaycan 2013-cü il üçün qlobal militarizasiya (silahlanma) indeksi üzrə 8-ci olub.

APA-nın xəbərinə görə, bu analiz Almaniyanın Bonn şəhərindəki Beynəlxalq Konversiya İnstitutu (BİCC) tərəfindən aparılan Qlobal Militarizasiya İndeksi (Global Militarization Index 2013) tədqiqatında əksini tapıb.

Müəlliflər 1990-cı ildən bəri bu cür tədqiqatlar aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclərin Ümumi Daxili Məhsulun həcminə olan nisbəti, bu sahədə çalışanların əhalinin ümumi sayına nisbəti və ağır silahların sayının əhalinin sayına olan nisbəti kimi parametrlər əsasında ölkələri qiymətləndirirlər.

Hesabat Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutunun, Beynəlxalq Valyuta Fondunun, Dünya Səhiyyə Təşkilatının məlumatları əsasında hazırlanır.

Qlobal Militarizasiya İndeksində ilk üç yeri İsrail, Sinqapur və Rusiya tutur. Dördüncü sırada Ermənistan gəlir.

Müəlliflər Cənubi Qafqazda silahlanmanın artmasını Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqələndirirlər.

AzNews.az
Bağla X