17:25
(077) 610-22-33

Əkrəm Əylisli Ziyalılar Forumunu tənqid etdi

  • >
462 8 Noyabr 2013 11:29 | Cəmiyyət


"Daş yuxuları"nın müəllifi, yazıçı Əkrəm Əylisli Ziyalılar Forumu ilə bağlı açıqlama verib. O, "Yeni müsavat"a müsahibəsində professor Rafiq Əliyevin saytmıza fikirini bir daha təsdiqləyib.

"Ziyalılar Forumu Rüstəm İbrahimbəyovla Eldar Namazovun əlbir səyi nəticəsində yaranmışdı.

Qurumun əsas təmsilçilərinin sayı əvvəl 6 nəfər idi. Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Eldar Namazov, Rafiq Əliyev, Ramiz Rövşən və mən idim. Zəfər Quliyev və Rasim Ağayev səviyyəsində politoloqlar, Mehman Əliyev, Arif Əliyev, Qulu Məhərrəmli, Elçin Şıxlı kimi ciddi jurnalistlər qurumun fəaliyyətində yaxından iştirak edirdi. Forumun ilkin niyyəti ziyalılarla hakimiyyət arasında səmimi dialoq yaratmaq idi. Başqa sözlə, hakimiyyətlə xalq arasındakı uçurumu aradan götürmək idi. Biz əvvəldən şərti belə qoymuşduq ki, siyasi məsələlərə qarışmayacağıq".

Ə.Əylisi deyib ki, siyasi proseslərin qızışdığı ərəfədə Ziyalılar Forumunda vəziyyət gözlənilmədən büsbütün dəyişib. Yuxarıda adları çəkilən 6 nəfərin üçü siyasi arenada fəallaşıb. Yazıçı Ziyalılar Forumunda fəaliyyət göstərən dostlarına sual ünvanlayıb: "Ziyalılar Forumuna bir vaxtlar rəğbət göstərən çoxsaylı insanları qurumun yeni fəaliyyətinin səmimiliyinə inandırmaq mümkün olacaqmı? Bax, əsas məsələ budur. O ki qaldı qurumdakı dostlarla əlaqələrə, çoxdandır görüşmürük, zəngləşmirik. Rüstəm İbrahimbəyovla o vaxtdan əlaqə saxlamamışıq. Nə o mənə zəng edir, nə də mən ona".

Bahar Rüstəmli
AzNews.az
Bağla X