11:30
(077) 610-22-33

Elşad Miri: “Bunlar qiyamətin əlamətləridir”

  • >
956 6 Avqust 2012 15:17 | Cəmiyyət

"Son vaxtlar müxtəlif ölkələrdə gey-paradların keçirilməsi, geylərin özünə "dırnaqarası" haqq qazandırması ilə bağlıdır". Bu sözləri AzNews.az-a açıqlamasında dini ekspert Elşad Miri deyib. Ekspertin sözlərinə görə, bu cür gey-paradların keçirilməsi qiyamətin əlamətləridir. O, bildirib ki, bu cür davranışın, dünya ictimaiyyətinin gündəminə gətirilməsi, dinin, bəşəriyyətin insan əxlaqının, əleyhinə hesablanıb. Elşad Mirinin sözlərinə görə, bu hal təkcə islamda yox, xristianlıqda, yəhudizmdə, buddizmdə, o cümlədən bütün dinlərdə haram kimi qiymətləndirilir. Ekspert onu da əlavə etdi ki, həqiqi insan cəmiyyətində bu cür paradların keçirilməsinin heç bir əsası yoxdur.


Mirvari Nəcəf

AzNews.az


Bağla X