Zakir Həsənov Azərbaycan ordusunu təbrik etdi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.


Təbrikdə deyilir:

"Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində müstəqil respublikamızda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanılıb, dövlətçiliyimiz möhkəmlənib, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmizin müdafiə qüdrəti daha da artıb. İnanıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etmək üçün səylərinizi daha da artıracaq və hər an ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına hazır olacaqsınız. Hər birinizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram".


AzNews.az