11:30
(077) 610-22-33

Zabrat yolu nə vaxt istifadəyə verilir?

  • >
628 6 Avqust 2012 15:37 | Cəmiyyət


Zabrat yolunda işlər yekunlaşmaq üzrədir. AzNews.az "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən xəbər verir ki, şəhər şosesinin Sabunçu qovşağından- Zabrat dairəsinə qədər olan hissəsində işlər sürətlə davam etdirilir. Yolun keçdiyi ərazidə mühəndis-kommunikasiya qurğuları zəruri olan yerlərdə dəyişdirildikdən sonra təmir işlərinə start verilib. Yolun artıq 5,2 metrlik hissəsinə 3 qat asfalt-beton örtük döşənib. 5,5 km-lik hissədə bardürlər yenisi ilə əvəzlənib, təxminən 4 km-lik məsafədə isə xətləmə işləri yerinə yetirilib. Tərtib olunmuş qrafik əsasında həyata keçirilən işlərin avqust ayında başa çatması planlaşdırılır.


Mirvari Nəcəf

AzNews.az


Bağla X