03:43
(077) 610-22-33

Sabah hava mülayim olacaq

  • >
827 10 Noyabr 2013 14:33 | Cəmiyyət

Həftənin ilk günü Azərbaycanda hava şəraiti mülayim olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, noyabrın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyinin surəti saniyədə 8-13 metr olacaq.

Havanın temperaturunun gecə 8-11, gündüz 14-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da havanın buldlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 14-19, dağlarda isə gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

AzNews.az
Bağla X